Azərbaycan yığması çövkən üzrə dünya çempionatının qalibi OLUB – FOTO  

Hazırda oxunan: Azərbaycan yığması çövkən üzrə dünya çempionatının qalibi OLUB – FOTO  

163644

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb. 

Bizim.Media xəbər verir ki, noyabrın 8-də çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib. 

Bürünc medalı Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb. Onların qollarına Marek Setkeviç (3), Marta Şostak və Marianna Olbrıx imza atıblar. 

Finalda isə Azərbaycan yığma komandası mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar. 
Dünya çempionatı adını qazanan komandamızın üzvü Tərlan Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub. 












Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO