Azərbaycanın daha iki güləşçisi Belqradda qızıl medal qazana bilər

Azərbaycanın daha iki güləşçisi Belqradda qızıl medal qazana bilər

Hazırda oxunan: Azərbaycanın daha iki güləşçisi Belqradda qızıl medal qazana bilər
156720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında final görüşünə çıxacaq.

Bizim.Media xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.

67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.

Bundan əlavə, 87 kq-dakı İslam Abbasov təsəlliverici qarşılaşmada Qızğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar.
Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO