“Sabah”ın yeni transferi: “Burada hər şey mənə uyğundur” 

“Sabah”ın yeni transferi: “Burada hər şey mənə uyğundur” 

Hazırda oxunan: “Sabah”ın yeni transferi: “Burada hər şey mənə uyğundur” 
152781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah”ın dünən transferini elan etdiyi Ayaz Quliyev klubun saytına açıqlama verib.

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi paytaxt klubuna keçidindən məmnun olduğunu bildirib:  

“Bu komandada olduğum üçün çox şadam. Gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə dominantlıq, pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Uşaqlıqdan bu cür oyun tərzini çox bəyənirəm.

Düşünürəm ki, burada hər şey mənə uyğundur. Lakin ən əsası klubun mənim xidmətimdə maraqlı olmasıdır. Bu, ən mühüm olanıdır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun mənim sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq”.
Xatırladaq ki, “Sabah” 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO