Üzgüçümüz Beynəlxalq Festivalda gümüş medal qazandı - FOTO

Üzgüçümüz Beynəlxalq Festivalda gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Üzgüçümüz Beynəlxalq Festivalda gümüş medal qazandı - FOTO

152585

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycanı üzgüçülük idman növündə təmsil edən Ramil Vəlizadə 200 metr baterflay növündə gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir.

Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO