Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO

Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO

Hazırda oxunan: Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO
152204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona çatıb. Bu gün yarışda tay-brek oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, beşqat dünya çempionu Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb.

Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçə ilə finalın taleyini həll edib. Bununla Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokuna sahib çıxıb. 

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov karyerasında ilk dəfə Dünya Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, yarışda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanıb.

Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO - foto 1
Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO - foto 2
Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO - foto 3
Beşqat dünya çempionu Bakıda Dünya Kubokunun qalibi oldu - FOTO - foto 4

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO