Klublarımızın Avrokuboklardakı potensial rəqibləri BƏLLİ OLACAQ 

Hazırda oxunan: Klublarımızın Avrokuboklardakı potensial rəqibləri BƏLLİ OLACAQ 

147693

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.  

Bizim.Media xəbər verir ki, “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq.  

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Daha sonra, Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək. 

Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə üz-üzə gələcək. 

Çempionlar yolu 

Səpələnmişlər 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) 

“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka) 

“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə) 

“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) 

“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 

“Molde” (Norveç) – HJK (Finlandiya) 

Səpələnməmişlər 

“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) 

“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) 

“Aris” (Kipr) – BATE (Belarus) 

“Sparta” (Praqa, Çexiya) 

AEK (Yunanıstan) 

“Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) 

Liqa yolu 

Səpələnmişlər 


“Reyncers” (Şotlandiya) 

“Braqa” (Portuqaliya) 

PSV (Niderland) 

“Olimpik” (Marsel, Fransa) 

Səpələnməmişlər 

“Servett” (İsveçrə) – “Genk” (Belçika) 

“Şturm” (Avstriya) 

“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) 

TSÇ (Serbiya) 

Bu gün həm də Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək. Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq.  

Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar. Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük bəlli olacaq.  
Xatırladaq ki, Avropa Konfrans Liqasında 3-cü raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO