Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO

Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO

Hazırda oxunan: Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO
143929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında çıxışını başa vurub. 

Bizim.Media xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Millimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda mübarizə aparıb. 

Yunanıstanı 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 5-ci yer uğrunda keçirilən qarşılaşmada İspaniya komandasına 42:45 hesabı ilə uduzaraq Avropa çempionatını 6-cı sırada başa vurub.

Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO - foto 1
Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO - foto 2
Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO - foto 3
Qılıncoynatma millimiz Avropa Oyunlarında 6-cı OLDU - FOTO - foto 4

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO