“Qarabağ” Yankoviçi SATMAYACAQ 

“Qarabağ” Yankoviçi SATMAYACAQ 

Hazırda oxunan: “Qarabağ” Yankoviçi SATMAYACAQ 
141383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"dan ayrılacağı xəbərləri yayılan Marko Yankoviçin Ağdam klubundakı taleyinə aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, monteneqrolu futbolçu üçün bir neçə klubdan "Qarabağ"a təklif gəldiyi bildirilsə də, o, komandanı tərk etməyəcək.  

Belə ki, Azərbaycan çempionu aparıcı futbolçusunu satmaq fikrində deyil. Belədə, yarımmüdafiəçinin yeni mövsümə də "Qarabağ"da başlayacağı dəqiqləşib. Hazırda Monteneqro millisinin düşərgəsində olan Yankoviç sonradan "Qarabağ"ın düşərgəsinə qoşulacaq.  

Xatırladaq ki, 27 yaşlı futbolçu 2022-ci il iyulun 1-də "Hapoel Tel-Əviv"dən "Qarabağ"a keçmişdi.

Buna qədər isə o, "Partizan", "Teleoptik", "Olimpiakos", "OFK Beoqrad", "Maribor", SPAL, "Krotone", "Beytar" klublarında oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO