Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO

Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO

Hazırda oxunan: Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO
140903
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibləri mükafatlandırılıblar.

Bizim.Media xəbər verir ki,  Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafəni hamıdan öndə tamamlayan ilk üç idmançı üçün mükafatlandırma mərasimi təşkil olunub.

İtaliyalı Emanuele Ansaloni qızıl, Rumıniya yığmasının üzvü Kristian Raileanu gümüş, Ansaloninin komanda yoldaşı Martin Nessler isə bürünc medala yiyələniblər.

Ümumi turniri qazanan Ansaloni sarı formanı da heç kimə verməyib. Azərbaycan millisinin üzvü Samir Cəbrayılov ən yaxşı dağ velosipedçisi kimi qırmızı formanı özündə saxlayıb.

Qazaxıstanın “Astana” klubunun idmançısı Remxi Rudolf ən yaxşı gənc velosipedçi kimi ağ forma alıb.

Komanda hesabında isə İtaliyanın “Team Technipes” klubu çempion olub.

Qaliblərə mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, daxili işlər nazirinin müavini İsmət Əliyev və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İlqar Nəzərov təqdim ediblər.

Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO - foto 1
Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO - foto 2
Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO - foto 3
Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO - foto 4
Şuşada velosiped yarışının qaliblərinə mükafat verildi - FOTO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO