“Paris-2024” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətimizin rəhbəri MÜƏYYƏNLƏŞDİ

“Paris-2024” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətimizin rəhbəri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: “Paris-2024” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətimizin rəhbəri MÜƏYYƏNLƏŞDİ
140232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri (şef-de-mission) müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub. 

Rauf Hacılı 2023-cü ildə X beynəlxalq Abilimpiya çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 

Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları gələn il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən 2024-cü ilin avqustunda Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli Paralimpiya komandası üçün orada təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunacağı gözlənilir.

Bizim.Media

“Paris-2024” Yay Paralimpiya Oyunlarında nümayəndə heyətimizin rəhbəri MÜƏYYƏNLƏŞDİ - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO