Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO
137162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.

Bizim.Media xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrailli gimnastlar Bakıda qızıl medal qazandılar - FOTO


İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO - foto 1
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO - foto 2
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO - foto 3
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO - foto 4
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa çempionu oldu - FOTO - foto 5

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO