Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq

Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq

Hazırda oxunan: Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq
137100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla finalda güclərini sınayacaqlar.

Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO