Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO 

Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO 

Hazırda oxunan: Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO 
132152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarının finalına yüksəlib.  

Bizim.Media xəbər verir ki, komandamızın təsnifat mərhələsində 5 halqa ilə çıxışı hakimlər tərəfindən 33,500 xalla qiymətləndirilib.

Ümumi sıralamada üçüncü olan komandamız həlledici mərhələyə adlayıb. Təsnifat mərhələsində Çin 37,100 xalla birinci, İsrail kollektivi 36,100 xalla ikinci olub. Beş halqa ilə yarışın final mərhələsi aprelin 23-də keçiriləcək. 

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar. Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.  
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib. 

Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO  - foto 1
Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO  - foto 2
Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO  - foto 3
Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO  - foto 4
Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO  - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO