Azərbaycanın 3 yunan-roma güləşçisi Avropa çempionatının YARIMFİNALINDA

Azərbaycanın 3 yunan-roma güləşçisi Avropa çempionatının YARIMFİNALINDA

Hazırda oxunan: Azərbaycanın 3 yunan-roma güləşçisi Avropa çempionatının YARIMFİNALINDA
132104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) hesabı ilə qalib gəlib. 

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub. 

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər. 
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub.

Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO