Dörd boksçumuz beynəlxalq turnirin finalında mübarizə APARACAQ - FOTO

Dörd boksçumuz beynəlxalq turnirin finalında mübarizə APARACAQ - FOTO

Hazırda oxunan: Dörd boksçumuz beynəlxalq turnirin finalında mübarizə APARACAQ - FOTO

128362

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, Boks Mərkəzində 11 ölkənin 100-dən çox idmançısının iştirakı ilə təşkil edilən yarışın dördüncü günündə yarımfinal döyüşləri baş tutub. 

On çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Azərbaycan millisinin daha bir üzvü qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıb.

Nəticədə finalda mübarizə aparacaq təmsilçilərimizin sayı 4-ə çatıb. Bilal Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq) və Elbrus Kərimli (54 kq) çempionluq üçün döyüşəcəklər. 

Onlardan fərqli, 13 boksçumuz yarımfinalda məğlub olduqlarından bürünc medalla kifayətləniblər. 

Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə iki Azərbaycan boksçusu qüvvəsini sınayacaq. Umar Madaminova (Qırğızıstan) qalib gələn Məhəmmədəli Məmmədli Səid Aslanzadəni (Azərbaycan) məğlub edən Əli Məmmədovla üz-üzə gələcək. 

Birincilikdə final görüşləri bu gün keçiriləcək. 

Qeyd edək ki, üç çəki dərəcəsində finalçılar əvvəlki günlərdə bəlli olub. 

1/2 final 

52 kq 

Yerjan İsteleyov (Qazaxıstan) – Eldar Abdullazadə (Azərbaycan) – 5:0 

İbrohim Qiyosov (Özbəkistan) – Faiq Mollayev (Azərbaycan) – 5:0 

54 kq 

Elbrus Kərimli (Azərbaycan) – Azad Cavadzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib 

Alixan Mairambekov (Qırğızıstan) – Pavel Kondraşov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib 

57 kq 

Muhit Nurkabil (Qazaxıstan) – Pahlavonjon İbrohimov (Özbəkistan) – ikinci tam üstünlüklə qalib gəlib 

Vaqif Hacıyev (Azərbaycan) – Platon Kozlov (Rusiya) – Zviad Tçotçua (Gürcüstan) – 0:5 

60 kq 

Sardorbek Saidakbarov (Özbəkistan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 5:0 

Muhammed Alimbekov (Qırğızıstan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5 

63 kq 

Taqir Satayev (Qazaxıstan) – Asker Xuaniş (Qazaxıstan) – 5:0 

İqor Solovyev (Qazaxıstan) – Abbasqulu Şadlinski (Azərbaycan) – 3:2 

66 kq 

Timofey Tenyayev (Rusiya) – Rüstəm Neymətov (Azərbaycan) – 5:0 

Rövşən Abbasov (Azərbaycan) – Bekaris Nurmuxan (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib.

70 kq 

Rza Rzayev (Azərbaycan) – Jassullan Berdali (Qazaxıstan) – 0:5 

Ahmet Aydamirov (Rusiya) – Muhammadsaid Qulomov (Özbəkistan) – 2:3 

75 kq 

Mircəlal Mirağayev (Azərbaycan) – Davit Mxetsadze (Gürcüstan) – 0:5 

Rüstəm Həsənov (Rusiya) – Bakitjan Ayitmuxanov (Qazaxıstan) – 4:1 

80 kq 

Aniyat Tilevjan (Qazaxıstan) – Bayramxan Aşurov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib 

Fuad Babayev (Azərbaycan) – Andrey Rumyansev (Belarus) – 0:5 
 
+80 kq 

Məhəmməd Cəfərov (Azərbaycan) – Yan Boqdanov (Rusiya) – 0:5 

Stanislav Jilianin (Belarus) – Bexultan Kayratuli (Qazaxıstan) – 0:5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO