Daha 2 boksçumuz beynəlxalq turnirdə finala yüksəldi – FOTO  

Daha 2 boksçumuz beynəlxalq turnirdə finala yüksəldi – FOTO  

Hazırda oxunan: Daha 2 boksçumuz beynəlxalq turnirdə finala yüksəldi – FOTO  

128208

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.  

Bizim.Media xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü günündə 1/4 final mərhələsi başa çatıb. 

52 kq, 54 kq, 57 kq və 60 kq çəkidə yarımfinala yüksələn boksçular bəlli olub. Azərbaycan millisinin 6 idmançısı da 1/4 final döyüşünü qələbə ilə bitirib və mərhələ adlamaqla özü üçün ən azı bürünc medalı təmin edib. 

46 kq və 50 kq çəki dərəcələrində isə finalçılar müəyyənləşib. Döyüşlərin nəticəsinə əsasən yığmamızın daha 2 boksçusu həlledici görüşə vəsiqə əldə edib. 

Turnirin dördüncü günündə yarımfinal mərhələsinin qarşılaşmaları olacaq. Döyüşlər saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək. 

1/4 final 

52 kq 

Yerjan İsteleyov (Qazaxıstan) – Eliyahu Tayber Maik (İsrail) – 5:0 

Turğay Rəhimli (Azərbaycan) – Eldar Abdullazadə (Azərbaycan) – 1:4 

İbrohim Qiyosov (Özbəkistan) – Əli Xudaverdiyev (Azərbaycan) – 5:0 

Faiq Mollayev (Azərbaycan) – Daniyar Akbısenov (Qazaxıstan) – 3:2 

54 kq 

Elbrus Kərimli (Azərbaycan) – Sodmehr Dovlatov (Tacikistan) – 4:1 

Aleksandr Marqa (Moldova) – Azad Cavadzadə (Azərbaycan) – 0:5 

Vüsal Xəlilov (Azərbaycan) – Alixan Mairambekov (Qırğızıstan) – 1:4 

Nihat Babacanov (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib 

57 kq 

Muhit Nurkabil (Qazaxıstan) – Bilol Curayev (Qazaxıstan) – birinci qalib gəlib 

Pahlavonjon İbrohimov (Özbəkistan) – Orucəli Cavadzadə (Azərbaycan) – 3:2 

Vaqif Hacıyev (Azərbaycan) – Şon Şraqo (İsrail) – 5:0 

Platon Kozlov (Rusiya) – Zviad Tçotçua (Gürcüstan) – birinci tam üstünlüklə qalib gəlib 

60 kq 

Sardorbek Saidakbarov (Özbəkistan) – Abdulloh Karimzoda (Tacikistan) – 5:0 

Canibek Tavbek (Qazaxıstan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 0:5 

Ruslan Ruşanov (Azərbaycan) – Muhammed Alimbekov (Qırğızıstan) – 1:4 

Akaki Basarya (Gürcüstan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5 

1/2 final 

46 kq 


Behruz Kurbonov (Özbəkistan) – Ucal Musayev (Azərbaycan) – 4:1 

Bilal Nəzərov (Azərbaycan) – Andrey Kotusov (Rusiya) – 5:0 

50 kq 

Sübhan Babayev (Azərbaycan) – Ramazan Orinbassar (Qazaxıstan) – 4:1 

Arseni Jiltsov (Rusiya) – Şohjaxon Qahramanov (Özbəkistan) – 3:2. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO