Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTO

Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTO

Hazırda oxunan: Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTO
127978
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Bizim.Media xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın ikinci günündə yeddi çəki dərəcəsində 19 döyüş təşkil olunub.

Bu qarşılaşmalardan 18-i dörddəbir final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekuna əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub.

Yarışda 48 kiloqram çəki dərəcəsində isə finalçının adına aydınlıq gəlib.

Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.

Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.

Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTO - foto 1
Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəldi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO