“Qalatasaray” Bakıya gəldi - Bu gün

“Qalatasaray” Bakıya gəldi - Bu gün "Qarabağ"la oynayacaq - FOTO/VİDEO

Hazırda oxunan: “Qalatasaray” Bakıya gəldi - Bu gün "Qarabağ"la oynayacaq - FOTO/VİDEO
127243
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin “Qalatasaray” klubu Ağdamın “Qarabağ” klubu ilə xeyriyyə oyunu keçirmək üçün Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeraportunda böyük coşqu ilə qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Qalatasaray" Bakıya 23 futbolçu ilə gəlir - SİYAHI


“Qalatasaray”ın baş məşqçisi Okan Buruk ölkəmizə 23 futbolçu ilə gəlib.

Heyətdə Atakan Ordu, Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Abdulkerim Bardakçı, Arda Deniz Yavaş, Ali Yeşilyurt, Berkan Aksoy, Lukas Torreyra, Fredrik Midtşö, Yunus Akgün, Nikolo Zanyolo, Berkan Kutlu, Serjiu Oliveyra, Yusuf Demir, Caner Doğan, Xuan Mata, Bafetimbi Qomis, Beknaz Almazbekov, Baran Demiroğlu və Mauro İkardi yer alıblar.

Martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Qeyd edək ki, oyun üçün satışa çıxarılmış 62 min 500 biletin hamısı satılıb.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO