Nazir: Bilet satışından 3-4 milyon qazanacağıq

Nazir: Bilet satışından 3-4 milyon qazanacağıq

Hazırda oxunan: Nazir: Bilet satışından 3-4 milyon qazanacağıq

125687
Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etmək mümkün olacaq. 

Moderator.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, yarış üçün 30 min bilet satışa çıxarılıb: 

“Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa vasitəsi ilə mümkündür. Hazırda neçə biletin satılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Satışlar davam edir və işlər tam qaydasındadır”x9d.

A.Rəhimov eyni zamanda, xarici və ya yerli izləyicilərin daha çox bilet alması məsələsinə də münasibət bildirib: 

“Bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb. Yəni, xaricdən və yerli insanlar yarış üçün istədikləri qədər bilet ala bilərlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO