PSJ 5 futbolçusu ilə yolları ayıra bilər

PSJ 5 futbolçusu ilə yolları ayıra bilər

Hazırda oxunan: PSJ 5 futbolçusu ilə yolları ayıra bilər

125356

Karlos Soler, Renato Sançes, Fabian Ruiz, Xuan Bernat və Huqo Ekvitik PSJ-dən ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.  

Bildirilib ki, potensial transferlər Paris təmsilçisinin maliyyə feyr-pleyinə uyğunlaşmaq üçün klubun gəlirləri və xərcləri arasındakı fərqi azaltması ehtiyacı ilə əlaqələndirilir.

Maraqlıdır ki, 5 futbolçunun hamısı ötən yay komandaya qoşulub. 

PSJ Liqa 1-də 27 turdan sonra turnir cədvəlinə başçılıq edir. Kristof Qaltyenin komandasının 66 xalı var. Komanda 2-ci pillədə qərarlaşan "Marsel"i 10 xal qabaqlayır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO