"Məğlubiyyətə baxmayaraq, oyunumuz yaxşı alındı. Hər iki komanda qələbə üçün xa0oynayırdı. "Sumqayıt"da ilk oyunum olduğundan mənə çətin idi. İnanıram ki, bu matçdan sonra oyunumuz daha da yaxşılaşacaq".
Bu sözləri Qol.Az-a "Sumqayıt"ın yeni transferi Vaqif Cavadov Topaz Premyer Liqasının 19-cu turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları bugünkü görüşdən sonra deyib.
O, bir səhv ucbatından qol buraxdıqlarını vurğulayıb:
"Yaxşı qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Heç zaman öz oyunum barədə danışmamışam, bu gün də danışmayacam".
V.Cavadov məğlubiyyətə baxmayaraq, xa0komandasını bugünkü oyuna görə təbrik edib:
"Sadəcə, daha çox çalışmaq lazımdır. İlk on dəqiqədə pis oynadıq, sonradan yaxşı oynadıq. Eyni ilə ikinci hissədə də belə oldu. Meydanda aqressiv olmağımın səbəbi məğlub olmaq istəməməyimdir".


































































































