Karateçilərimiz Avropa çempionatında 3 qızıl medal qazandı - FOTO

Karateçilərimiz Avropa çempionatında 3 qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Karateçilərimiz Avropa çempionatında 3 qızıl medal qazandı - FOTO
118666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb. 

Bizim.Media xəbər verir ki, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür. Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışşında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. 

Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub.  

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. 

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO