Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu - FOTO

Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu - FOTO

Hazırda oxunan: Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu - FOTO
116109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri başa çatıb.

Bizim.Media xəbər verir ki, son turun maraqlı görüşlərindən biri Eltac Səfərli ilə Nicat Abasov arasında oynanılıb. Nəticədən asılı olaraq qalib ilk dördlükdə yer almaqla çempionluq uğrunda mübarizəni davam etdirəcəkdi.

Ağ fiqurlarla oynayan Eltac Səfərli görüşü qələbə ilə başa vurmaqla final mərhələsinə vəsiqə qazanıb.

Digər oyunlara gəlincə Ülvi Sadıqov Vüqar Manafovu məğlub edib. Vasif Durarbəyli-Məhəmməd Muradlı, Vüqar Əsədli-Aydın Süleymanlı, Əhməd Əhmədzadə-Xəzər Babazadə, Xaqan Əhməd – Murad İbrahimli, Fərid Mustafayev –İsmayıl Şahəliyev arasında görüşlər bərabərliklə yekunlaşıb. İsmayıl Qurbanov və Şahin Vəliyevə texniki qələbə verilib.

9 turdan sonra 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıb.

Sabah başlayacaq yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlı ilə, Vüqar Əsədli isə Eltac Səfərliyə qarşı mübarizə aparacaq.

Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO