Fransız hücumçu Kilian Mbappe rekorda imza atdı

Fransız hücumçu Kilian Mbappe rekorda imza atdı

Hazırda oxunan: Fransız hücumçu Kilian Mbappe rekorda imza atdı
107845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransız hücumçu Kilian Mbappe rekorda imza atıb. O, buna Qətərdə keçirilən mundialın pley-off mərhələsi çərçivəsində oynanılan Fransa – Polşa (3:1) matçında nail olub.

Bizim.Media “Opta Sport” statistik portalına istinadən xəbər verir ki, hücumçu 24 yaşadək futbolçular arasında mundiallarda 9 qol vuran ilk oyunçudur.

Qətərdə təşkil olunan dünya çempionatında K.Mbappenin aktivində 5 qol var. O, 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında 4 qolun müəllifi olub.

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO