Paytaxtda ehtiyatsızlıq səbəbindən bədbəxt hadisə baş verib.
Moderator.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da saat 04 radələrində Bakı şəhər sakini Sadiq Ovçiyev ehtiyatsızlıqdan Nərimanov rayonunun Z.Bünyadov prospektindəki körpüdən yıxılıb.
S.Ovçiyev xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.





































































































