Masallıda 5 otaqlı ev yandı

Masallıda 5 otaqlı ev yandı

Hazırda oxunan: Masallıda 5 otaqlı ev yandı

55442
 Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən Moderator.az -a  verilən məlumata görə, hadisə sentyabrın 17-də rayonun Qızılavar kənd sakini, 1936-cı il təvəllüdlü Həsənağa İzzət oğlu Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanıb.
 
Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO