İstanbulda Azərbaycan təyyarəsi yandı - Təfərrüat

İstanbulda Azərbaycan təyyarəsi yandı - Təfərrüat

Hazırda oxunan: İstanbulda Azərbaycan təyyarəsi yandı - Təfərrüat

43514
İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin təkərləri alışıb.

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə (DHA) istinadən verdiyi xəbərə görə, hava limanındakı dayancaqda dayanmış sərnişin təyyarəsinin təkəri yanıb.
 
Məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən Boeing 757-200 tipli sərnişin təyyarəsi hava limanına eniş edib, dayanacaqda dayanıb. Sərnişinlər təhlükəszi halda təyyarəni tərk ediblər. Amma bu zaman təyyarənin sağ arxa eniş təkərləri birdən-birə alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər dərhal yanğının qarşısını alıblar. Təyyarənin digər hissələri yanğından mühafizə olunub.
 
Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO