Məktəbdə faciə - Müəllim öldü

Məktəbdə faciə - Müəllim öldü

Hazırda oxunan: Məktəbdə faciə - Müəllim öldü

34032
   Sentyabrın 18-də Bakı şəhərində yerləşən məktəblərin birində ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Asif İsmayılov küçəsi 88/3 ünvanında yerləşən 4 saylı məktəbin qarşısında həmin məktəbdə müəllim işləyən 1953-cü il təvəllüdlü İsmayılov Nüsrət Nəriman oğlunun vəziyyəti pisləşib. O, ağır vəziyyətdə 3 saylı təcili tibbi yardım stansiyasına gətirilib. Həkimlərin səyinə baxmayaraq N.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.  Məlumata görə, hadisənin baş verdiyi orta məktəbdə işğal olunmuş rayonlardan olan şagirdlər təhsil alır. N.İsmayılov isə Zəngilan rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisində yerləşən Lallar məktəbinin yataqxanasında məskunlaşıbmış.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO