Mərkəzi Bankın məlumatına görə Bank olmayan kredit təşkilatlarında (BOKT) istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.
Qeyd olunur ki, göstəriciyə gündəlik (qısamüddətli) kreditlər, eləcə də yaşayış sahəsinin alınması və tikintisinə verilən kreditlər daxil edilməyib.
Bank sektorunda istehlak kreditləri üzrə faiz dərəcələri kredit növü və müştəri profilindən asılı olaraq dəyişir. Ümumi bazar praktikasında bu göstərici təxminən 16-22% intervalında formalaşır.
Bu baxımdan, BOKT sektorunda tətbiq olunan faizlər banklarla müqayisədə daha yüksək səviyyədə qalır.
Lakin BOKT sektoru bank xidmətlərinə çıxışı məhdud olan əhali üçün alternativ maliyyə mənbəyi rolunu oynamaqda davam edir. Buna rəğmən, yüksək faizlər borclanma yükünü artırdığı üçün bu seqmentdə risklərin idarə olunması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyir ki, BOKT-ların regionlarda verdikləri istehlak kreditlərinin faizinin artması əsas səbəbi tələbatın çoxluğu və xidmətin əlçatan olmasıdır:
“BOKT-lar banklara nisbətən daha rahat kredit verirlər. Banklardan fərqli olaraq onlar daha az sənəd tələb edir, girov tələbi yoxdur. Ona görə də faizlər yüksəkdir. Regionlarda da istehlak kreditlərinə tələbat yüksəkdir. Bankların sərt kredit tələbləri fonunda BOKT-lar daha yumşaq şərtlər irəli sürdülər. Nəticədə artan tələbat fonunda BOKT-lar faizləri artırdılar”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 23.05.2026
Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ - Faizlər KƏSKİN ARTDI
Hazırda oxunan: Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ - Faizlər KƏSKİN ARTDI
Hazırda oxunan: Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ - Faizlər KƏSKİN ARTDI
614814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































