Bakıda 64 ərazidə yeni kanalizasiya sistemi qurulacaq - RƏSMİ

Bakıda 64 ərazidə yeni kanalizasiya sistemi qurulacaq - RƏSMİ

Hazırda oxunan: Bakıda 64 ərazidə yeni kanalizasiya sistemi qurulacaq - RƏSMİ
614938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, bunun nəticəsində su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq.

Sədr müavini onu da əlavə edib ki, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur:

"Dövlət Proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının 8,2 kubmetr/saniyə artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır", - deyə İ.Bayramov qeyd edib .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO