ADSEA uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğacların tətbiqinə başlayacaq

ADSEA uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğacların tətbiqinə başlayacaq

Hazırda oxunan: ADSEA uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğacların tətbiqinə başlayacaq

614955

Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu "APA-Economics"ə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

İ.Bayramov qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır:

"Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur. Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik.

Bu sayğaclar xüsusi texniki tələblərimiz əsasında istehsal olunub, informasiya sistemləri ilə inteqrasiyası tamamlanıb və hazırda test mərhələsindədir.

Ümumilikdə məqsəd su mənbəyindən son istehlakçıya qədər bütün su təchizatı sisteminin tam avtomatlaşdırılmasıdır. Bu sistem vasitəsilə təzyiqin idarə olunması, qəzalara operativ müdaxilə, itkilərin azaldılması və şəbəkənin daha səmərəli idarə edilməsi mümkün olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO