“Bəzi yazarların 60 ilə etdiyini o...” – Bayram Aşıqlının imza günü keçirildi - FOTO

“Bəzi yazarların 60 ilə etdiyini o...” – Bayram Aşıqlının imza günü keçirildi - FOTO

Hazırda oxunan: “Bəzi yazarların 60 ilə etdiyini o...” – Bayram Aşıqlının imza günü keçirildi - FOTO

614983

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində Bizim.Media-nın masasında şair Bayram Aşıqlının imza günü keçirildi.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Mətinin kitabları oxucular tərəfindən maraqla qarşılandı


Bizim.Media xəbər verir ki, Bayram Aşıqlı yaradıcılığa 60 yaşından sonra başlayıb. Müəllifin sözlərinə görə, ilk şeirləri məhəbbət mövzusunda olub.

Şair bildirib ki, qısa müddətdə qazandığı uğurlar ona yaradıcı mühitdə də maraq doğurub. B. Aşıqlı onun haqqında “bəzi yazarların 60 ilə etdiyini o, 3 ilə etdi” fikrinin səsləndirildiyini vurğulayıb.
 

Onun yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Müəllif Vətən uğrunda döyüşən, canından keçən qəhrəmanlara həsr olunan çoxsaylı şeirlər qələmə alıb.


Festival çərçivəsində müəllifin yeni çapdan çıxan “Gözəl Tovuzum” kitabı da oxuculara təqdim olunub. Müəllif bildirib ki, kitabda Azərbaycanın milli-mənəvi dəyərləri, mədəniyyəti və doğma yurd sevgisi əksini tapıb.

"Bu kitab ümumilikdə Azərbaycanı təmsil edir"- deyə şair qeyd edib.

Qeyd edək ki, Bayram Aşıqlı Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü seçilib və müxtəlif medallarla təltif olunub.



Xədicə Paşayeva, İntiqam İbrahimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO