Səlim Müslümovun Yasamaldakı mənzili 4-cü dəfə hərraca çıxarılır

Səlim Müslümovun Yasamaldakı mənzili 4-cü dəfə hərraca çıxarılır

Hazırda oxunan: Səlim Müslümovun Yasamaldakı mənzili 4-cü dəfə hərraca çıxarılır
614990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.
 

Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir. Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.


Elanda qeyd olunur ki, mənzil alıcı tapılmadığı üçün 4-cü dəfə 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklar arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri də var. Məhkəmə prosesində açıqlanan siyahıda Yasamal rayonundakı bu mənzil də yer almışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO