ABŞ prezidenti Donald Tramp Danimarkanın bir hissəsi olan Qrenlandiya adası ilə bağlı yeni şəkil paylaşıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri bunu özünün” TruthSocial” sosial şəbəkə hesabında paylaşıb.
Paylaşımda Tramp Qrenlandiya mənzərəsinin fonunda dayanır, bir əli ilə dağdan tutur. Tramp paylaşımın altına "Salam, Qrenlandiya!" şərhini yazıb. ABŞ ldieri uzun müddət idi ki, ada barədə heç bir açıqlama vermirdi.
Qeyd edək ki, Tramp əvvəllər də dəfələrlə Qrenlandiyanı nəzarətə götürmək niyyətini ifadə etmişdi ki, bu da həm adada, həm də Danimarka rəhbərliyində etirazlara səbəb olmuşdu.
Lakin bir neçə gün öncə ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri bildirmişdi ki, Ağ Ev başçısı artıq Qrenlandiyanın ölkəsinə birləşdirilməsi üçün güc tətbiq edilməsini nəzərdən keçirmir. Onun fikrincə, Tramp bu ideyasından vaz keçib.

Bizim.Media

































































































