“Sahil” metrostansiyasında həyəcanlı anlar -

“Sahil” metrostansiyasında həyəcanlı anlar - "Dəfələrlə sərnişinlərə bu barədə xəbərdarlıq edilsə də..."

Hazırda oxunan: “Sahil” metrostansiyasında həyəcanlı anlar - "Dəfələrlə sərnişinlərə bu barədə xəbərdarlıq edilsə də..."

253706
"Bakı Metropoliteni"nin "Sahil" stansiyasında eskalatorlardan biri anidən dayanıb.

Moderator.az xəbər verir ki, bu barədə oxu.az-a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, "Sahil" metrostansiyasında eskalatorun qəfil dayanmasınıın səbəbi sərnişinlərin eskalatorlardan istifadə qaydalarına düzgün riayət etməmələri olub:

"Problem bu gün "Sahil" metrostansiyasında üçüncü eskalatorda baş verib. Hərəkətdə olan zaman anidən dayanıb. Lakin sərnişinlər arasında xəsarət alan olmayıb. Dərhal digər eskalator işə salınıb və sərnişinlərin təhlükəsizliyi təmin edilib".

B.Məmmədov deyib ki, eskalatora baxış keçirilib və qəfil dayanmasının səbəbi məlum olub:

"Eskalatorların hərəkətinin anidən dayanmasına səbəb sərnişinlərin aşağıda yerləşən təhlükəsizlik fırçalarına ayaqlarını söykəmələridir. Dəfələrlə sərnişinlərə bu barədə xəbərdarlıq edilsə də, onlar israrla təhlükəsizlik fırçalarından ayqqabı fırçası kimi istifadə edirlər. Mövsümlə əlaqədar olaraq metroya düşən sərnişinlər eskalatorlarda qalxan zaman ayaqqabılarının palçığını həmin fırçalara silirlər.

Eskalatorlarda təmassız ötürücü qurğuları var. Təhlükəsizlik sistemi çox həssas olduğundan bu toz və palçıqları təhlükə kimi qəbul edərək avtomatik hərəkətini dayandırır. Bir daha sərnişinlərimizdən xahiş edirik, eskalatordan istifadə qaydalarına riayət etsinlər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO