Moderator.az TASS-a istinadən xəbər verir ki, Rusiya FTXxa0 Xabarovsk diyarının əməkdaşları Komsomolsk-Amurdaxa0 50 milyon rubl dəyərində bir tona yaxın qara kürünü müsadirə ediblər.
“Komsomolsk-Amur şəhərində FTX əməkdaşları tərəfindən Xabarovsk diyarındanxa0 Rusiyanın qərb rayonlarına qanunsuz yolla əldə etdikləri qara kürünün çatdırılmasını təşkil edən cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Axtarış zamanı Rusiya qanunvericiliyi ilə ovlanması qadağan olunmuşxa0 nərə balığının 937 kiloqram qaraxa0 kürüsü götürülmüşdür”x9d - bunu FTX-nin nümayəndəsi Olqa Akina söyləyib.
Onun sözlərinə görəxa0 başqa yerlərə nəql edilmək üçün nərə balıqları 0,5 litrlik plastik konteynerlərə qablaşdırılıb. Müsadirə olunan malların dəyəri 50 milyon rubldur.xa0
Fakta görə cinayət işi qaldırılıb.


































































































