Sərxoş usta ev sahibini öldürdü  - Bakıda

Sərxoş usta ev sahibini öldürdü - Bakıda

Hazırda oxunan: Sərxoş usta ev sahibini öldürdü - Bakıda

166202
Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Usta kimi ev təmiri ilə məşğul olan 44 yaşlı Eldar Babayev ev sahibi, 42 yaşlı Vüqar Qasımovu qətlə yetirərkən sərxoş vəziyyətdə olub.
xa0
Bildirilir ki, bir müddət əvvəl V.Qasımov N.Əliyev 30 ünvanındakı mənzilini təmir etdirmək üçün ustalarla razılaşıb. Yanvarın 21-də o, mənzilə baş çəkib və ustalarla birgə nahar edib. Nahar zamanı ev sahibi ustalarla spirtli içki qəbul edib. Bir müddət sonra isə V.Qasımovla E.Babayev arasında münaqişə yaranıb. Münaqişə ustanın işi ilə bağlı olub və bu zaman o, ev sahibinə bıçaqla zərbə endirib. Digər otaqdan gələn ustalar V.Qasımova kömək etməyə çalışsalar da, artıq gec olub.

Araşdırmalar davam etdirilir.(lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO