Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq

Hazırda oxunan: Körfəzdə yeni gərginlik: Bəhreyn İranın olduğu masaya oturmayacaq
636301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəhreyn İranla diplomatik əlaqələr bərpa olunana qədər Tehranla birgə keçirilən kollektiv görüşlərdə iştirak etməyəcək. 

Bizim.Media "Iranintl" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Bəhreyn Xarici İşlər Nazirliyi bəyan edib. 

Bəyanatda qeyd olunub ki, bu səbəbdən Manama Hörmüz boğazında gəmiçiliklə bağlı Omanda keçirilməsi planlaşdırılan görüşə də qatılmayacaq.

Nazirlik Bəhreynin mövqeyinin rəsmi kanallar vasitəsilə Oman tərəfinə çatdırıldığını bildirib. Manama mübahisələrin həlli üçün dialoqa üstünlük verdiyini də vurğulayıb.

Bəhreyn eyni zamanda Hörmüz boğazı ilə bağlı hər hansı razılaşmada Körfəz Əməkdaşlıq Şurasının bütün üzv dövlətlərinin iştirak etməsinə çağırış edib.

Qeyd edək ki, İran və Körfəz ölkələrinin Omanda görüşü sentyabrın 14-nə planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO