Meşə yanğınları yenidən Fransanı cənginə aldı - VİDEO

Meşə yanğınları yenidən Fransanı cənginə aldı - VİDEO

Hazırda oxunan: Meşə yanğınları yenidən Fransanı cənginə aldı - VİDEO

631298

Fransanın Landes departamentinin Lüqlon kommunası ərazisində baş verən genişmiqyaslı meşə yanğını nəticəsində 1 580 hektar meşə sahəsi yanıb.

Bizim.Media “Cnews” telekanalına istinadən xəbər verir ki, alovun yayılması səbəbindən dünən təxminən 650 nəfər təxliyə edilib.

Yanğın səhər saatlarında ərazinin əlçatmaz hissəsində yenidən güclənib. Lakin xilasedicilər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər.
 

Qeyd edək ki, bu, son bir ay ərzində Landes departamentində baş verən ikinci böyük meşə yanğınıdır.


Ümumilikdə isə Fransada 2026-cı ilin əvvəlindən etibarən təxminən 100 min hektar ərazi yanğınlar nəticəsində məhv olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO