HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür - FOTO/VİDEO

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür - FOTO/VİDEO

Hazırda oxunan: HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür - FOTO/VİDEO

193523

Mayın 22-də Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, hərbi hissə 1992-ci il mayın 22-də yaradılıb və onun formalaşmasında Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi heyəti iştirak edib.

Birinci Qarabağ müharibəsi dövründə hərbi hissənin şəxsi heyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edib, silah və texnikasını sıradan çıxarıb. Hissənin döyüşçüləri aparılan uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli mövqeləri düşməndən azad ediblər.

Ümumilikdə şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edərək yüksək nailiyyətlər qazanıblar. Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin “N” hərbi hissəsi böyük şücaət göstərib. Hərbi hissə torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyektlərin mühafizə və müdafiəsini təşkil edib.
Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
 















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO