Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO 

Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO 

Hazırda oxunan: Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO 
167111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib.

Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur.
General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib. Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.

Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.

 


Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 1
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 2
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 3
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 4
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 5
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 6
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 7
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 8
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 9
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 10
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 11
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 12
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 13
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ – FOTO/VİDEO  - foto 14

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO