Qərbi Azərbaycan Xronikası: Erməni alim saxtakarların gizli əməlini ifşa etdi - VİDEO 

Qərbi Azərbaycan Xronikası: Erməni alim saxtakarların gizli əməlini ifşa etdi - VİDEO 

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Erməni alim saxtakarların gizli əməlini ifşa etdi - VİDEO 

161364

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Yuxuda gördüyünə abidə qoyub, tarix yaradan erməninin sərsəm əməli” adlı veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, verilişdə tanınmış etnoqraf alim, yazıçı, Ermənistan PEN Mərkəzinin qadın bölməsinin rəhbəri Lusine Xaratyanın Göyçə mahalının Basarkeçər rayonunun 1988-ci ildən erməniləşdirmə siyasətinin qurbanı olması, bu ərazilərə ermənilərin köçürülməsi, yer adlarının dəyişdirilməsi ilə bağlı elmi məqaləsindən söz açılır. 

O, yazısında ermənilərin Ermənistanda yerləşdirilməsi və müxtəlif yerlərdən gəldikləri üçün bir-birinə yad olması, yerli xalq olan azərbaycanlıların tarixini, abidəsini mənimsəmə prosesini Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun timsalında təhlil edir, ermənilərin köçürülmə mərhələlərinə nəzər yetirərək onun kulturoloji əngəllər yaratdığını aydın şəkildə nəzərə çatdırır. 
Bildirilir ki, L.Xaratyan ermənilərin yaddaş dalanında qaldığına görə, bəşəri dəyərlərə qovuşa bilmədiyini, intiqam, qisas və münaqişə ruhunda yaşadığını qeyd edir, Basarkeçərdə olan azərbaycanlıların qəbir yerlərinə, abidələrinə olan münasibətdə erməni qisasçılığını, saxtalaşdırma, evləri, kənd adlarını “erməniləşdirən” qaçqınların qəbirlərə olan münasibətini ifşa edir: 

“Ən parlaq nümunə kənd qəbiristanlıqlarıdır. Əvvəllər yalnız azərbaycanlıların yaşadığı o kəndlərdə erməni qaçqınları gələnə qədər ancaq azərbaycanlı qəbiristanlığı var idi. Köçürüldükdən və yeni yerdə ilk ölümlərdən sonra ermənilər öz qəbiristanlıqlarını qurdular.

Adətən hər iki qəbiristanlıq kəndin kənarında yerləşir və çox vaxt erməni qəbiristanlığı Azərbaycan qəbiristanlığı ilə kənarda üzbəüz salınır. Əvvəlcə dəfnlər xaotik şəkildə aparılsa da, get-gedə nizamlı bir erməni qəbiristanlığı təşkil edildi”. 
Diqqətə çatdırılır ki, etnoqraf alim ermənilərin daş basdırıb tarix uydurmaq əməlini əyani şəkildə üzə çıxarır,  yuxu görmə nəticəsində yaranan abidələrin bütün kəndlərdə olduğunu vurğulayır, saxta erməni tarixinin necə yarandığını, Azərbaycan izlərinin silinərək yeni “qədim” nümunələr salındığını gerçək sübutlarla ortaya qoyur. 

Sonda qeyd olunur ki, ermənilər saxta tarix və mədəniyyət nağılı uydurmaq ilə məşğuldurlar: 

“Hətta erməni millətçiliyi ilə zəhərlənmiş Lusine Xaratyan Zod və Babacan kəndində uydurmalar, başqasının tarixinə sahib çıxmaq oyunlarına ironik yanaşmaya bilmir. Bu əlamətlər xroniki “Erməni xəstəliyi”nin kəskinləşməsi və yan fəsadlar verdiyini, yoluxucu olduğunu göstərir. Artıq yuxu və adi kriminal hadisədən əsatir yaratmaq sindromu bütöv bir əraziyə yayılıb və Ermənistandan bütün dünyada olan ermənilərə keçmək ehtimalı var. “Dəmir yumruq” erməni xəstəliyini də müalicə edərək, bütöv bir toplunu xilas etmək missiyasını üzərinə götürməsə ermənilər üçün çox ağır olacaq durum yarana bilər”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO