Qənirə Paşayeva ilə VİDA MƏRASİMİ - FOTO/VİDEO

Qənirə Paşayeva ilə VİDA MƏRASİMİ - FOTO/VİDEO

Hazırda oxunan: Qənirə Paşayeva ilə VİDA MƏRASİMİ - FOTO/VİDEO

157497

Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və yaxınları iştirak edir. 

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq. 

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. 
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 
 

























Rəşad Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO