Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər - VİDEO 

Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər - VİDEO 

Hazırda oxunan: Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər - VİDEO 

155264

Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayırlar. Daha sonra isə cərimə olunurlar. 

Bizim.Media xəbər verir ki, söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir. 

Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər. 

Onlar burada avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradırlar. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama, hətta hərəkət üçün qadağandır. 

Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20  manat məbləğində cərimə olunacaqlar. 

Ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO