Polis Xətaidə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - VİDEO 

Polis Xətaidə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - VİDEO 

Hazırda oxunan: Polis Xətaidə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - VİDEO 
147996
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb.

Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib. 

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

 



Polis Xətaidə əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - VİDEO  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO