Ağsuda qəsdən yanğın törədən şəxs TAPILDI – FOTO/VİDEO 

Ağsuda qəsdən yanğın törədən şəxs TAPILDI – FOTO/VİDEO 

Hazırda oxunan: Ağsuda qəsdən yanğın törədən şəxs TAPILDI – FOTO/VİDEO 
147292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyulun 18-də FHN-in “112” qaynar telefon xəttinə rayonun Ərəbsərvan kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə və yaxınlıqdakı fərdi yaşayış evlərinə, həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. 

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahzadə Şahlar oğlu Əhmədov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib. 
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib. 
 


Ağsuda qəsdən yanğın törədən şəxs TAPILDI – FOTO/VİDEO  - foto 1



Ağsuda qəsdən yanğın törədən şəxs TAPILDI – FOTO/VİDEO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO