Kartof kəskin bahalaşdı - VİDEO

Kartof kəskin bahalaşdı - VİDEO

Hazırda oxunan: Kartof kəskin bahalaşdı - VİDEO
116720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər artıb. Halbuki bu məhsul adətən yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.

Bizim.Media xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.

Bu bazardakı satıcılar qiymət artımının daha çox yerli kartofda müşahidə olunduğunu bildirirlər. Ümumiyyətlə isə yerli kartofların içərisində ən bahalısı Gədəbəydən gətirilənlərdir. 

Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.

Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.

Maraqlısı budur ki, xarici kartofda bahalaşma olsa da, yerli məhsulun qiymətində  artım yoxdur. Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.

Mövzu ilə bağlı daha ətraflı Xəzər televiziyasının videomaterialında:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO