Qənirə Paşayeva naziri sərt tənqid etdi

Qənirə Paşayeva naziri sərt tənqid etdi

Hazırda oxunan: Qənirə Paşayeva naziri sərt tənqid etdi

93588
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Avropa Birliyi üzrə naziri Əli Heydər Qoncanı “erməni soyqırımı”x9dna görə sərt tənqid edib. 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Qənirə Paşayeva nazirin “erməni soyqırımı”x9d ilə bağlı işlətdiyi "bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir" ifadələrinin çox ağır ittiham olduğunu bildirib:  

 “Soruşmaq istəyirəm, “hər kəs”x9d deyərkən kimi nəzərdə tutursuz? Çünki Türkiyənin qəbul etmədiyi yalnız sözdə olan bir soyqırım haqqında “hər kəs qəbul edir”x9d ifadəsi çox ağır bir ittihamdır. Biz bunu qəbul etmirik və sizin bizim yerimizə heç bir söz haqqınız yoxdur. Deyiləcək söz qalmır, dünyada uydurma “erməni soyqırımı”x9dna qarşı mübarizə aparan türk, azərbaycanlı aydınları, media və diaspor təşkilatlarının indiyə qədər apardığı iş bir nazirin verdiyi açıqlama ilə çox böyük bir zərbə aldı. Avropaya isə bundan gözəl fürsət ola bilməz. Zənnimcə, Türkiyə belə insanların əsas məqsədlərinin nə olduğunu görməlidir”x9d. 

  Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin HDP-dən olan Avropa Birliyi üzrə naziri Əli Heydər Qonca erməni soyqırımını qəbul edərək, “bir qətliam olduğu çox aydın və dəqiqdir, bunu hər kəs qəbul edir”x9d ifadələrini işlədib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO