Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:48 / 30.09.2026
Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO
639677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































