“Azərbaycan mediası jurnalistsiz qala bilər”x9d

“Azərbaycan mediası jurnalistsiz qala bilər”x9d

Hazırda oxunan: “Azərbaycan mediası jurnalistsiz qala bilər”x9d

93411

Təxminən bir həftə bundan öncə ABŞ-ın Virciniya ştatının Moneta şəhərində 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard "TB WDBJ" televiziyasının əməkdaşları keçmiş həmkarları Brays Uilyams tərəfindən güllələnib. Qətlin müəllifi törətdiyui əməllə bağlı verdiyi açıqlamada həmkarlarını qeyri-peşəkar olduqları üçün öldürdüyünü bildirib.

Maraqlıdır, əgər kimsə Azərbaycanda da medianı qeyri-peşəkarlardan silah gücünə təmizləmək həvəsinə düşsə, o zaman jurnalistlərimizin neçə faizi öz həyatları ilə vidalaşmalı olar?

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli bu halda Azərbaycanın tamamilə jurnalistisiz qala biləcəyini vurğulayıb:

“Əvvəlla onu deyim ki, bizim mətbuat bu faktı çox şişirtdi. Bunu Amerikada jurnalistlərin öldürülməsi, jurnalist fəaliyyəti üçün şəraitin yoxluğu konteksində dəyərləndirmək doğru deyil. Allah eləməsin ki, Azərbaycanda kimsə bu fikrə düşsün və qeyri-peşəkarları öldürmək təşəbbüsü ilə çıxış etsin. Kimsə bu fikrə düşsə, qeyri-peşəkarları öldürmək şəraiti olsa, qorxuram ki, Azərbaycan indiki halda jurnalist qalmasın.

Təəssüflər olsun ki, həmkarlarımızın böyük bir hissəsi qeyri-peşəkardır. Onların yazdığı xəbərləri, aldıqları müsahibələri oxuyanda adam qeyri-peşəkarlığın hansı həddə gəlib çıxdığına heyrət edir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO